HƏMAS ABŞ-nin ittihamlarını təkzib edib

Əsəd Abbaslı
HƏMAS ABŞ-nin ittihamlarını təkzib edib

Fələstinin HƏMAS radikal hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs rejimini pozmaqda ittihamlarını rədd edib.

Operativ Media xəbər verir ki, bu barədə hərəkat özünün telegram kanalında məlumat yayıb.

"HƏMAS ABŞ Dövlət Departamentinin bəyanatında irəli sürülən iddiaları qəti şəkildə rədd edir, qaçılmaz hücum və ya atəşkəsin pozulması ilə bağlı iddiaları təkzib edir",- hərəkat bəyan edib.

Dövlət Departamenti bundan əvvəl HƏMAS-ın Qəzzada mümkün atəşkəsi poza biləcəyi barədə xəbərdarlıq edib: "Qarant ölkələr HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamenti bildirib.

Digər xəbərlər