Hakan Fidan Aİ toplantısında iştirak edəcək
Əsəd Abbaslı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqa səfər edəcək.
Operativ Media xəbər verir ki, Fidan Avropa İttifaqı Xarici Əlaqələr Şurası çərçivəsində keçiriləcək “Bölgələrarası təhlükəsizlik və əlaqəlilik” mövzusunda nazirlər toplantısında iştirak edəcək.
Nazir “Qara dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq” adlı sessiyada çıxış edəcək. Toplantıda bölgədəki geosiyasi vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Tədbirə Aİ rəsmiləri ilə yanaşı, Azərbaycan, Ermənistan, Ukrayna və Orta Asiya ölkələrinin nümayəndələrinin də qatılacağı gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net