"Əvvəllər mən edam cəzasının əleyhinə idim və belə bir mövqeyə malik olduğum üçün çox təəssüflənirəm".
"Operativ Media" xəbər verir ki, bu barədə Sebiya Prezidenti Aleksandır Vuçiç bildirib.
Vuçiç mayın 5-nə keçən gecə cinayətkarın 8 serbiyalını güllələməsi və daha 13 nəfəri yaralaması faciəsi fonunda hökumətə edam cəzasını qaytarmağı təklif edib.
"Ancaq hökumət bunun əleyhinədir. Çünki o zaman Belarusla birlikdə Avropada ölüm hökmü olan ölkə yalnız biz olardıq. Biz bunu çox ağıllı konvensiyalara görə edə bilmərik", - deyə məlumatda qeyd edilib.