Menyu

Azərbaycandan Rəcəb Tayyib Ərdoğana nə qədə adam səs verib?

Azərbaycandan Rəcəb Tayyib Ərdoğana nə qədə adam səs verib?

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

“Operativ Media”nın məlumatına görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Bundan əlavə, səsvermədə 4983 Türkiyə vətəndaşı iştirak edib. Onlardan 4934 səs etibarlı, 49-u isə etibarsız hesab edilib. Seçici aktivliyi 57,75% olub.

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yenerin jurnalistlərə verdiyi açıqlamaya görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. YSK rəhbəri deyib ki, hələ sayılmayan səslər nəticəyə təsir etməyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər