Menyu

Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirib

Operativ Media
Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirib
1 dəq oxu

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Samara vilayətinin Tolyatti şəhərindəki "KuybışevAzot" müəssisəsinin vurulduğunu bildirib.

Operativ Media xəbər verir ki, zavodun ərazisində çoxsaylı partlayışlar baş verib və irimiqyaslı yanğın başlayıb.

Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, müəssisə Rusiyanın ən böyük kimya sənayesi obyektlərinə aiddir və partlayıcı maddələrlə döyüş sursatları üçün xammal komponentləri, eləcə də raket sənayesində istifadə olunan poliamidlər istehsal edir.

Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının hərbi logistikasına zərbələr endirildiyini bildirib. Rusiyanın Bryansk vilayətində cəbhə xəttindəki hərbi texnikaya yanacaq çatdırılmasını təmin edən üç yanacaqdolduran maşın vurulub.

Əlaqəli Xəbərlər