"Ərdoğanın seçilməsi nəinki Zəngəzur dəhlizi, bütövlükdə Cənubi Qafqazın inkişafına təsir edəcək"- Politoloq
Redaksiya
“Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Zəngəzur dəhlizi ilə ermənilərin planlarını alt-üst etdi.”
“Operativ Media” xəbər verir ki, bunu politoloq Elxan Şükürlü Türkiyədəki prezident seçkilərini şərh edərkən deyib. Onun sözlərinə görə, seçkinin nəticəsi iyunun 1-də keçiriləcək Kişinyev danışıqlarına da təsir edəcək.
Elxan Şükürlü belə hesab edir ki, Kişinyev görüşündə real olaraq sülh sazişi əldə olunacaq. “Ermənistan Türkiyədə keçirilən seçkidə Ərdoğan deyil Kemal Kılıçdaraoğlu seçilsəydi Türkiyənin qərb cəbhəsində yer almasına yol verəcəydi. Bu həm də Türkiyənin Rusiyaya münasibətdə qərb ölkələrinin sanksiyalarına qoşulmasına gətirib çıxara bilərdi. Lakin nə ermənilərin, nə də PKK və digər ünsürlərin istədiyi olmadı"-deyə politoloq bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net