29 May 2023, 12:10
Hərbi institutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib
Hərbi institutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib şəkil
Hərbi institutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda “Elmi məqalələrin yeni tələblərə uyğun yazılması və tərtib edilməsi” mövzusunda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib.

"Operativ Media" xəbər verir ki, seminarda Müdafiə Nazirliyinin nümayəndələri və hərbi institutun zabit, professor-müəllim heyəti iştirak edib. Seminarda öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Milli Müdafiə Universitetinin rektoru general-leytenant, professor Heydər Piriyevin təbriki seminar iştirakçılarının və jurnalın redaksiya heyətinin diqqətinə çatdırılıb, seminar iştirakçılarının işinə və redaksiya heyətinə uğurlar arzulanıb. Sonra “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci sayının hazırlanması ilə bağlı görülmüş işlər, təqdim olunmuş məqalələrlə bağlı geniş hesabat dinlənilib. Seminarda elmi məqalələrin yeni tələblərə uyğun yazılması, tərtib edilməsi, mövcud norma və prinsiplər, müasir yanaşmanın tətbiqinin vacibliyi, bu istiqamətdə müəllifin əsas vəzifələrinin müəyyənləşməsi haqqında məlumatlar seminar iştirakçılarına geniş formada izah edilib. Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci nömrəsinin slayd-təqdimatı olub və jurnalın texniki xüsusiyyətləri, forma və məzmunu barədə məlumatlar verilib. Çıxış edənlər seminarla və “Elmi Əsərlər” jurnalı ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıb, təklif və tövsiyələrini bildiriblər.

Son xəbərlər
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?
Somali Prezidenti: Azərbaycanla əməkdaşlıq sahələri Somali üçün çox faydalıdır
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq
Sabah Somali Prezidenti Azərbaycanın müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq
Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB