İranın xeyirsiz "SƏHƏR"i

Nərmin Qocamanlı
Baxış: 973
İranın xeyirsiz "SƏHƏR"i

 

Adı “Səhər” olan, fəaliyyəti isə qara əməldən ibarət kanalda İran parlamentinin deputatlarından müsahibəyə baxanda bir neçə məsələ aydın olur. 

Əvvəla, bu deputatların Azərbaycanı və azərbaycanlıları tərifləməsi özlərinə tərəfdaş qazanmaq istəyindən irəli gəlir. Çünki müstəqillik illərində Azərbaycan dünyəvi dövlət quraraq inkişaf etdi. Azərbaycanlılar islam dinini bir istiqamətdə sevir: Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə haqq ədaləti bərba edir, donuz saxlanılan məscidləri xilas edir. İranlı deputatların gözlədiyi islam pərdəsi altında silahlı qruplar yaratmaq, dövlət təhlükəsizliyinə qarşı terror qruplaşması formalaşdırmadı, azərbaycanlılar. Azərbaycan Yəmən, Suriya, İraq, İordaniya, Fələstin və s. deyil. Burada İslam dini elə dini inancdır. Azərbaycan islam modelində İranın yanaşma tərzi yoxdur. Çünki İranın islam yanaşması həm də erməni vəhşiliyini özlərinə dost və yaxın sayır. İranın həmin bu, Azərbaycan əleyhinə danışan rəsmiləri namaz qılan zaman Allaha uzanan əllərini erməniyə uzatmaqla eyniləşdiriblər.

Azərbaycan əleyhinə danışan İran rəsmilərində Qumda və s. dini yerlərdə təhsil alan azərbaycanlıların əksəriyyətindən incikliyi var. Çünki İranın təsiri altına düşmədilər. Bir neçə qruplar istisna olmaqla, Azərbaycan dövlətinin yanında olan din adamları, dini təhsil alan və almış insanlar kifayət qədərdir. Çünki həmin bu vətəndaşlarımız yaxşı anlayır, gördülər ki, dinə və onun inanclarına kim necə yanaşır. Həm də onlar anladı ki, Ermənistan işğalı zamanı İran bir dəfə də səsin çıxarmadı ki, ey erməni qardaşlarımız, Qarabağdakı islam dini abidələini belə dağıdıb, murdarlamayın. Vətən Müharibəsindən sonra dini abidələrə, məscidlərə ilk növbədə Quran aparılması, donuz saxlanılan dini abidələrin tezliklə bərpa edilməsi Azərbaycanın yanaşması idi. Bunu bilən və dəyərləndirən din adamlarımız kifayıət qədərdir. Onlar siz, İranın təsiri altına düşən “dindarlardan” deyil. Çünki siz vaxtilə donuzu islamdan üstün tutmusuz, erməni qardaşlarınıza görə.

İranlı deputatların azərbaycanlıları tərifdən sonra Azərbaycanı hədələməsi isə niyyətlərinin işğalçı və təcavüz olduğunu göstərir. Azərbaycan isə elə bir mərhələddir ki, bu ölkə ilə belə tonda danışmaq çıxış yolu deyil. Çünki Azərbaycanda xarici, daxili siyasət düşünülmüş sistemlə çalışır.

Hazırda isə, aydın, günəşli səhər, qızıl payız fəsli... Azərbaycanlıların 8 noyabr tarixini qeyd etdiyi, böyük qələbənin növbəti ildönümünün olduğu vaxtda cənubda nələr baş verir. Bilirsiniz, bilirik, cənub səhəri ifadəsini, bu həyat mənbəyidir, yaşamağa həvəsdir, irəlidəki hadisələrə inamdır, cənubumuzdakı “Səhər”dən fərqli olaraq...

Əmmaməlilərin idarə etdiyi təbliğat maşınının bir hissəsi olan “Səhər” televiziya kanalı Azərbaycan əleyhinə elə Azərbaycan dilində molla rəngində qara piar aparmaqla nahaqqın yanında olduğunu sübut edir. Kanalın fəaliyyət göstərdiyi dil Azərbaycan dilidir. Maraqlıdır ki, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi daha dəqiq desək hərbi təcavüzü zamanlarında yaranıb, “Səhər”, - yəni, 1992-ci ildə. 1990-cı illərin əvvəllərinin Azərbaycan üçün nə demək olduğunu hamımız bilirik, elə İranda da hamı bilir. Azərbaycan dilində “Səhər” kanalı niyə erməni təcavüzünün azərbaycanlılara necə ziyan vurduğunu çatdırmırdı? Və ya qalstuk taxmayan saqqallı redaktorları, çadralı aparıcıları niyə Ermənistanın Azərbaycana təcavüzündə susurdu. Axı müsəlman əhali öldürülürdü, bəzi azərbaycanlılar Arazı keçirdi, cənubdakı azərbaycanlılardan yardım almaq üçün. Axı canını ölümdən qurtarmaq istəyən əliyalın Pənahəli xanın davamçıları pənah aparanda Arazın o tayında onların nə çəkdiklərini soruşmadınız? Niyə yarandığınız 1992-ci ildən bu yana Azərbaycana Ermənistanın təcavüzünü dünyaya çatdırmirdınız? Axı “Səhər” kanalının 6 dildə yayımı var. O, 6 dildə heç olmasa bir neçə dəfə Azərbaycandan olan dindaşlarınızın düşdüyü vəziyyəti dünyanın müxtəlif dövlətlərinin vətəndaşlarına çatdıra bilərdiniz. Amma indi diliniz çıxıb. Azərbaycan 30 ildə öz gücü ilə Qarabvağ problemini həll edəndən sonra, İranda oturub ayılıblar ki, aha, “Səhər”də Azərbaycan haqqında görək nə var  beynimizdə yalan, iftira danışaq ki, ay aman Azərbaycan nəinki öz ərazisini bərpa edir, eyni zamanda regioanda gücə çevrilir. İran isə öz təqvimi kimi geridə qalıb, elə bilir Azərbaycan 90-cı illərin Azərbaycanıdır.

Samir Cabbarov - Operativ Media

Digər xəbərlər