Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
Operativ Media xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".
20:30
Şimali Kipr Türk Cümhuriyyətinin Ali Seçki Qurumunun sədri Bertan Özerdağ indiyədək açılan qutulardan çıxan səslərin sayına dair ilkin nəticələri açıqlayıb.
Operativ Media xəbər verir ki, açılan 580 qutunun nəticələrini paylaşan Özerdağın bildirdiyinə görə, hazırkı prezident Ərsin Tatar 38,71 faiz səs toplayıb.
Onun əsas rəqibi Tufan Erhürman isə 63,28 faiz səs qazanıb.
19:29
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Operativ Media bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, səsverməyə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekun vurulub.