Menyu

ƏƏSMN: Bu il 30,1 min şəxsə əlillik təyin olunub

Nərmin Qocamanlı
ƏƏSMN: Bu il 30,1 min şəxsə əlillik təyin olunub

Yanvar-iyul aylarında 30,1 min şəxsə əlillik təyin olunub, 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 30,1 min şəxsə əlillik təyin edilib. Onlardan 14,7 mininə ilkin, 15,4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Həmçinin bu ilin 7 ayında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,7 min şəxs 45,8 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər