Menyu

Göyçayda çaya yıxılan şəxs xilas edilib

Operativ Media
Göyçayda çaya yıxılan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər