"Qarabağ" braziliyalı müdafiəçi ilə maraqlanır
Əziz Əzizli
"Qarabağ” Bolqarıstan klubu “Lokomotiv”də (Plovdiv) forma geyən 25 yaşlı müdafiəçi Mateus Silva ilə maraqlanır.
"Operativ Media" xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi kimi də oynayan futbolçunun komandası ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. Onun sərbəstqalma dəyəri 500 min avrodu. Ağdam təmsilçisi bu məbləği ödəyərək futbolçununun keçidini sentyabrın 15-nə kimi həll etmək istəyir.
Qeyd edək ki, Mateus 2023/24 mövsümündə komandasının heyətində Bolqarıstan çempionatında 5 görüşdə 1 qol vurub. 25 yaşlı futbolçu karyerası ərzində “San Fransisko”, “Paysandu”, “Farense”, “Baiya”, “Moreyrense” kimi klublarda çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net