"Çelsi" Fransa millisinin müdafiəçisini transfer edir
Operativ Media
"Kristal Pelas"ın və Fransa millisinin müdafiəçisi Maksans Lakrua yaxın vaxtlarda "Çelsi"nin oyunçusu olacaq.
Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, London klubu 26 yaşlı futbolçu üçün təxminən 55 milyon avro ödəyəcək.
Lakrua 2024-ün yayında "Volfsburq"dan "Kristal Pelas"a transfer olunub. Ötən mövsüm bütün turnirlərdə 55 oyuna çıxan müdafiəçi 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçu daha əvvəl "Soşo"da da çıxış edib.
Maksans DÇ-2026 üçün Fransa millisinin heyətinə daxil edilsə də, hələlik meydanda görünməyib. Onun milli komandada ümumilikdə 4 oyunu var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net