Menyu

DÇ-2026 həm qol, həm də azarkeş sayında əvvəlki rekordları geridə qoyub

Operativ Media
DÇ-2026 həm qol, həm də azarkeş sayında əvvəlki rekordları geridə qoyub

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı bir turnirdə vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Operativ Media xəbər verir ki, bu barədə turnirin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.

​Növbəti oyun gününün nəticələrinə əsasən, komandalar ümumilikdə 177 qol vuraraq 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatındakı əvvəlki rekordu (172 qol) geridə qoyublar.

​Bununla yanaşı, turnirdə azarkeş sayına görə də rekord yenilənib. Qrup mərhələsinin üçüncü turunda baş tutan Almaniya – Ekvador matçınadək dünya çempionatının tribunalarını 3,6 milyondan çox tamaşaçı ziyarət edib. Əvvəlki rekord 1994-cü ildə ABŞ-da təşkil olunmuş və 3,5 milyon azarkeş toplamış dünya çempionatına məxsus idi.

​Dünya çempionatı ilk dəfədir ki, 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Qeyd edək ki, son dünya çempionu Argentina millisidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər