Menyu

"Qarabağ"ın yeni transferi: İşə başlamaq üçün səbirsizlənirəm

Operativ Media
"Qarabağ"ın yeni transferi: İşə başlamaq üçün səbirsizlənirəm
1 dəq oxu

"Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Renaldo Sefas sosial şəbəkə hesabında yazıb.

O, "Qarabağ"a transferi haqda təəssüratlarını bölüşüb. 

"İlk növbədə, hər şeyə görə Allaha şükür etmək istəyirəm, baş verən hər şeyi çox yüksək qiymətləndirirəm.

​Klubun işçi heyətinə də öz təşəkkürümü bildirmək istəyirəm, onlar burada özümü doğma evimdəki kimi hiss etməyimə şərait yaratdılar.

​Yeni komanda yoldaşlarımla, ailəmlə tanış olmaq və işə başlamaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.

Əlaqəli Xəbərlər