"Real Madrid" "Bavariya"nın vingerini transfer etməkdə israrlıdır
"Real Madrid"in prezidenti Florentino Peres "Bayern"in vingeri Maykl Olisinin transferində olduqca israrlıdır.
İspaniya nəhəngi fransalı ulduzu heyətinə qatmaq üçün ardıcıl üç transfer təklifi irəli sürməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə İspaniyalı insayder Latigo Serrano məlumat yayıb.
Məlumata görə, "kral klubu"nun 180 milyon avroluq ilk rəsmi təklifinin Münhen təmsilçisi tərəfindən rədd ediləcəyi gözlənilir. Madridlilər bu imtinaya 200 milyon avroluq ikinci bir təkliflə cavab verməyi planlaşdırır.
Əgər bu cəhd də uğursuzluqla nəticələnərsə, Florentino Peresin dünya futbolunda yeni bir rekorda imza atacağı bildirilir. Belə ki, "Real Madrid" Maykl Olisi heyətinə qatmaq üçün 222 milyon avro ödəməklə dünya transfer rekordunu yeniləməyə tam hazırdır.