Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştə səfər edəcək. Ərdoğan bir günlük səfəri çərçivəsində Macarıstanın baş naziri Viktor Orban ilə görüşəcək.
"Operativ Media" xəbər verir ki, Macarıstanın Milli Günü münasibətilə keçiriləcək mərasimdə prezident Ərdoğanın da iştirakı gözlənilir.
Türkiyə ilə Macarıstan arasında münasibətlər tarixi əlaqələr, qarşılıqlı yüksək səviyyəli səfərlər və son vaxtlar artan əməkdaşlıq mexanizmləri ilə sürət qazanıb.
Qeyd edək ki, dekabrın 18-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi qeyd olunacaq.