Menyu

KİV: Ərdoğan Budapeştdə Ukrayna və Qara dəniz təhlükəsizliyini müzakirə edəcək

KİV: Ərdoğan Budapeştdə Ukrayna və Qara dəniz təhlükəsizliyini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə bir günlük səfərə gedəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə TRT televiziyası məlumat yayıb.

TRT Ərdoğan administrasiyasındakı mənbələrə istinadən bildirib ki, dövlət başçıları Ukrayna böhranının nizamlanması və Qara dəniz taxıl sazişinin başa çatmasından sonra Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün yol xəritəsinin hazırlanmasına dair danışıqlar aparmağı planlaşdırır.

Telekanal qeyd edib ki, liderlər bu il diplomatik münasibətlərin 100 illiyini qeyd edən iki ölkə arasında əməkdaşlığı da müzakirə etməyi planlaşdırırlar. İlin sonunda Budapeştdə keçiriləcək yüksək səviyyəli Macarıstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələləri də müzakirə olunacaq.

Ərdoğan sonuncu dəfə Macarıstana 2019-cu ilin noyabrında səfər edib. Qarşıdakı səfər Macarıstanın milli bayramı olan Müqəddəs Stefan Günündə baş tutacaq. 

Məlumata görə, Türkiyə lideri Budapeştdə mərasimə qatılacaq bəzi ölkə liderləri ilə də danışıqlar aparmağı planlaşdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər