20 Avqust 2023, 12:46
"Əl-Nəsr" daha bir portuqaliyalını transfer edir

Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" klubu heyətinə yeni futbolçu cəlb etmək istəyir.
"Operativ Media" xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi bir çox mövqeydə oynaya bilən 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Otavionu toplam 60 milyon avro qarşılığında transfer etmək üçün Porto ilə razılığa gəlib. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Portuqaliyalı oyunçu ötən mövsüm Porto formasıyla çıxdığı 44 matçda 7 qol vurub və 13 məhsuldar ötürmə verib.