Slovak İnformasiya Xidmətinin direktoru Mişal Alak vəzifə səlahiyyətlərindən sui-istifadə və sui-qəsddə ittiham olunaraq polis tərəfindən saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin "Aktuality" informasiya portalı məlumat yayıb.
Məlumata görə, Alak və keçmiş SIS rəhbəri Vladimir Pkolinskini həbs etmək üçün ilk cəhd cümə axşamı edilib, lakin NAKA elit polis bölməsi onları nəzarətə götürmək üçün əməliyyat keçirəndə adı çəkilən şəxslər evdə olmayıb.
Cümə günü ölkənin Təhlükəsizlik Şurası Bratislavada fövqəladə iclas keçirib və burada Slovakiyanın baş naziri Ludovit Odor polisin indiki və keçmiş SIS rəhbərlərini həbs etmək planlarını şərh edib: “Qanunu pozarsa, heç kim toxunulmaz deyil”.
Bildirilib ki, Vladimir Pkolinski şənbə günü ifadə vermək üçün könüllü olaraq polis bölməsinə gəlib.