Buzovnada dənizdə batan şəxsin meyiti tapılıb

admin
Buzovnada dənizdə batan şəxsin meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə “Operativ Media” ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər