Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların hərəkətində problem yaratmayıb
Bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.
“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.
Əraziyə təcili cəlb olunmuş FHN-in yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.
Qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma