AQTA: İndiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib
Azərbaycanda heyvanların identifikasiyası prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
AQTA-dan Operativ Media-ya verilən məlumata görə, indiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib.
Bildirilib ki, identifikasiya heyvanların mənşəyinin və hərəkətinin izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq uçotunun aparılmasına xidmət edir. Həmçinin xəstəliklərin erkən aşkarlanmasına və yayılmasının qarşısının alınmasına, “Fermadan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsinə, heyvandarlıq təsərrüfatlarında idarəetmənin təkmilləşdirilməsinə və məhsuldarlığın artırılmasına, eləcə də itmiş və ya oğurlanmış heyvanların yerinin asan müəyyən edilməsinə imkan yaradır.
Heyvanların identifikasiyası sağlam heyvandarlığın inkişafı, təhlükəsiz qida zəncirinin və dayanıqlı kənd təsərrüfatının təmin olunmasının vacib elementlərindən biridir.
“İdentikləşmiş heyvan sağlam sürü, təhlükəsiz qida deməkdir!”, - deyə məlumatda vurğulanıb.
Heyvanların identifikasiyası prosesi ilə daha ətraflı link vasitəsilə məlumat ala bilərsiniz.