http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Füzuliyə növbəti köç baş tutub

21 Avqust 2023 , 08:09
Füzuliyə növbəti köç baş tutub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“Operativ Media” xəbər verir ki, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
  • 12:32

    Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
  • 12:09

    Sabahın hava proqnozu açıqlanıb
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
Menyu