Qazaxıstan və Vyetnam qarşılıqlı ticarəti ilin sonuna kimi 1 milyard dollara çatdırmağı planlaşdırır
Nərmin Qocamanlı
Qazaxıstan və Vyetnam arasında qarşılıqlı ticarət ilin birinci yarısında 600 milyon dollara çatıb.
"Operativ Media" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, ilin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatdırılması planlaşdırılır.
Bu barədə Qazaxıstan və Vyetnam rəhbərlərinin görüşündə bildirilib.
Görüş zamanı, dövlət başçıları ticarət, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və logistika, aqrar-sənaye, mədəni-humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş çərçivəsində, Qazaxıstan və Vyetnam arasında 12 sənəd imzalanıb.
Onların arasında turizm, nəqliyyat və logistika infrastrukturu sahəsində əməkdaşlıq və “Xəbər” telekanalları ilə Vyetnam televiziyası arasında qarşılıqlı anlaşma haqqında memorandumlar var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net