http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ombudsman: Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin genişlənməsi ciddi narahatlıq doğurur

21 Avqust 2023 , 11:24
Ombudsman: Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin genişlənməsi ciddi narahatlıq doğurur

Azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılmaqda və müxtəlif kanallar vasitəsilə təlqin olunmaqdadır.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.

“Yayımlanan şərhlər arasında Azərbaycanın yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin təxribatlara əla atılmasının labüdlüyü kimi yanaşmalar yer alır ki, bu da məhz Ermənistanda dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır”, - deyə Səbinə Əliyeva diqqətə çatdırıb.

O qeyd edib ki, xüsusilə son günlər azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışların sosial mediadakı müzakirələrdə geniş şəkildə əks olunması ciddi narahatlıq yaradır.

“Məlumdur ki, Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilmişdir. Hətta müasir dövrümüzdə də belə cinayət əməlləri qəhrəmanlıq kimi təqdim olunur, “Nemezis” terror əməliyyatı ilə eyniadlı abidə ucaldılır, müxtəlif nüfuzlu şəxslər çıxışlarında bu cür dəhşətli “ənənələrə” istinad edirlər ki, bu da həmin terroryönümlü fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır.

Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər”, - deyə ombudsman vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu