http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

NİİM sürücülərə xəbərdarlıq edib

21 Avqust 2023 , 12:23
NİİM sürücülərə xəbərdarlıq edib

Dayanma və durma qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər.

"Operativ Media"nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar.

Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR
Baş prokuror Omanlı həmkarıyla görüşüb

Baş prokuror Omanlı həmkarıyla görüşüb

Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb

Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb

Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib

Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu