http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Magistraturanın “SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

21 Avqust 2023 , 15:49
Magistraturanın “SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

Elm və Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzinə (DİM) müraciəti nəzərə alınaraq magistratura səviyyəsinin “SABAH” qruplarının cədvəldə göstərilən boş qalan yerlərinə ödənişli əsaslarla da qəbul aparılacaq.

Bu barədə "Operativ Media"ya DİM-dən məlumat verilib. Bildirilib ki, qeyd olunan “SABAH” qrupları üzrə ixtisaslaşmaları müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar (3 – 10 iyulda müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından keçməsindən asılı olmayaraq) seçə bilərlər.

Plan yerləri ilə bağlı müvafiq dəyişiklik nəzərə alınaraq ərizəsini təsdiq etmiş bakalavarlar elektron ixtisaslaşma seçimi ərizəsinə daxil olub seçimini ləğv etməklə yenidən ixtisaslaşma seçimi edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisaslaşma seçiminin müddəti uzadılıb və avqustun 22-si saat 23:59-dək davam edəcək. İxtisaslaşmaları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin ixtisaslaşma seçimi etməmiş bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız avqustun 22-si saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu