Menyu

İran Quru Qoşunları komandanının rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Moskvaya gedib

Nərmin Qocamanlı
İran Quru Qoşunları komandanının rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Moskvaya gedib

İran Quru Qoşunları komandanının rəhbərlik etdiyi hərbi nümayəndə heyəti əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov deyib.

Onun sözlərinə görə, tərəflər arasında keçirilən görüşdə birgə layihələr müzakirə edilib.

“İran Rusiya Federasiyası tərəfindən Yaxın Şərqin əsas dövlətlərindən biri kimi qəbul edilir – o, Rusiyanın strateji tərəfdaşıdır”, - Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov deyib.

Məlumatda qeyd edilib ki, İran nümayəndə heyəti Rusiyanın hərbi məktəblərinə və müdafiə müəssisələrinə də baş çəkəcək.

Teqlər:

"\u0130ran Quru Qo\u015funlar\u0131 komandan\u0131n\u0131n r\u0259hb\u0259rlik etdiyi h\u0259rbi n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti Moskvaya gedib"

Əlaqəli Xəbərlər