http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Hansı reklam üsulu daha effektivdir?

21 Avqust 2023 , 16:21
Hansı reklam üsulu daha effektivdir?

Son dövrlər sosial şəbəkələrin aktivliyi ənənəvi reklam kanallarının təsirinin müzakirəsinə səbəb olub. Bütün dünyada eləcə də ölkəmizdə sosial şəbəkələrin, yoxsa televiziya və radio reklamlarının daha effektiv olması müzakirə olunur. Həqiqətən, rəqəmlə ölçüləbilən, geridönüşü sürətli olan sosial şəbəkə reklamları daha sərfəlidir, ya ənənəvi hesab etdiyimiz və cəmiyyətin bütün təbəqələri üçün daha əlçatan hesab olunan televiziya və radio reklamları?

No photo description available.

"Admedia" reklam agentliyinin rəhbəri Sabit Məmmədov "Operativ Media"ya açıqlamasında bildirib ki, reklamın növü istehsal edilən məhsuldan asılı olaraq dəyişir.

Onun sözlərinə görə, televiziya, radio, sosial, media və ya çöl reklamlarının hər birinin özünəməxsus auditoriyası var:

“Praktikada görürük ki, avtomobil satışı üçün hazırda effektiv reklam kanalı radio sayılır və yaxud mənzil satışı ilə bağlı da bunu demək olar. Əvvəllər sahibkarlar reklama inanmırdılar və yaxud fərqli baxırdılar. Hazırda reklamlar o qədər effektiv olub ki, reklamsız biznesin getmədiyini demək olar. Biznesi bir avtomobil kimi görsək, reklam onu hərəkətə gətirən qaz pedalıdır. Reklamla bağlı sosial media, digər kommunikasiya vasitələri və yaxud reklam daşıyıcıları yaranarsa da, bu yenə də hazırda televiziya və radionun büdcəsinə çox təsir göstərmir, lakin azalmalar olur. Əsasən, hazırda televiziya ilə radio effektiv reklam daşıyıcısı sayılır. Sadəcə olaraq bir problem var ki, rəqəmsal media reklamları ölçüləbilən reklam vasitəsidir".

Ekspert qeyd edib ki, sosial mediada ay sonunda hesabat edərkən reklamı görən və klikləyən insanların sayını müəyyənləşdirmək mümkün olur, lakin bu tam dəqiq ölçü televiziya üçün keçərli deyil, radioda isə ümumiyyətlə mümkün deyil.

Sabit Məmmədovun sözlərinə görə, hələ də ən effektiv reklam vasitəsi televiziya hesab olunur:

“Ümumi effektivlik baxımından ardıcıllıqda ən yaxşı televiziyanın effektivliyidir, sonra sosial media, daha sonra isə radio reklamların məhsuldarlığı çox yaxşıdır. Eyni zamanda çöl reklamları da çox təsiredicidir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 17:12

    Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır
  • 16:36

    Kamran Əliyev Efiopiyalı həmkarını Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib
  • 16:30

    "Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb
  • 16:23

    Görmə məsafəsi məhdudlaşacaq
  • 16:02

    İsrail yenidən Beyruta aviazərbələr endirib
  • 15:29

    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Menyu