Menyu

ABŞ vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ Belarusdakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Minskdəki səfirliyi məlumat yayıb.

Məlumata görə, Litvanın Belarusla bəzi sərhəd qapılarını bağlamağa qərar verməsindən sonra ABŞ Belarusdakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

"Polşa, Litva və Latviya hökumətləri Belarusla sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər", - deyə açıqlamada bildirilib.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarus, Rusiya və Ukraynaya səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib.

Teqlər:

"AB\u015e v\u0259t\u0259nda\u015flar\u0131n\u0131 Belarusu t\u0259rk etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər