http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

ANAMA geri qayıdan sakinlər üçün maarifləndirmə təlimi keçirib (FOTO)

21 Avqust 2023 , 20:53
ANAMA geri qayıdan sakinlər üçün maarifləndirmə təlimi keçirib (FOTO)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə köç edən 23 ailəyə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib.

"Operativ Media" xəbər verir ki, ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib.

Həmçinin sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırış edilib.

Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən çap materialları paylanılıb.

Xatırladaq ki, Agentlik Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin təhlükəsiz və dayanıqlı yaşam tərzinin yaradılması üçün maarifləndirmə tədbirlərini davam etdirir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu