KİV: ECOWAS ölkələri Nigerə hərbi müdaxiləyə hazırlaşır
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) üzv dövlətlərinin hərbi aerodromlarında nigeriyalı üsyançılara qarşı potensial hərbi əməliyyata hazırlıq görülə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" mənbələrinə istinadən məlumat yayıb.
Telekanal hərbi əməliyyatların hansı ölkələrdə başladığını dəqiqləşdirməyib.
Qeyd edək ki, ECOWAS üzvləri son açıqlamalarında Nigerdəki vəziyyəti aradan qaldırmaq üçün hərbi yolların mümkünlüyü barədə bildiriblər.