"Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) ölkələrinin Nigerə hərbi müdaxiləsi qəbuledilməzdir, çünki bu, bir çox Afrika ölkələrində sabitliyi pozacaq".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Nigerə hərbi müdaxilə ilə bağlı qərar qəbuledilməzdir. Bu, bir çox Afrika ölkələrində sabitliyin pozulmasına gətirib çıxaracaq. Ümid edirəm ki, Nigerdə sülh və sabitlik ən qısa zamanda əldə olunacaq", - Ərdoğan deyib.
Türkiyə liderinin sözlərinə görə, Ankara Nigerdəki münaqişənin nizamlanmasında mühüm rol oynaya bilər və bu məsələ ilə bağlı danışıqlar Xarici İşlər Nazirliyi tərəfindən aparılır. O, həmçinin yaxın vaxtlarda Nigerdə demokratik seçkilərin keçirilməsinə çağırıb.