30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)

admin
30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)

Bakıda 30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu tutulub.

*** 07:58

Avqustun 22-da saat 07 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən saxlanılması istiqamətindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

Digər xəbərlər