27 Oktyabr 2023, 17:18
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib şəkil
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib

Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb.

Bu barədə "Operativ Media"ya "Baykar" şirkətinin Mətbuat xidmətindən bildirilib.

İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Məlumata görə, "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən "Bayraktar TB3"in ilk uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində başlayıb. Bu gün, Cümhuriyyətin 100-cü ildönümünə iki gün qalmış saat 08.30-da havaya qalxan "Bayraktar TB3" havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq 1 saatlıq uçuşu həyata keçirib.

Son xəbərlər
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi