Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilib - VİDEO
Nərmin Qocamanlı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimə birlik və birləşmələrin qərargahları, həmçinin bölmə komandirləri cəlb olunub.
Səfərbərlik təlimi zamanı motoatıcı bölmələrin komplektləşdirilməsi, döyüş uzlaşmasının təşkili, döyüş təyinatlı rayona yerdəyişmənin keçirilməsi, ərazidə yerləşmə üzrə hesabatların dəqiqləşdirilməsi və növbəti tapşırıqların icrasına hazırlıq üzrə müvafiq fəaliyyətlər yerinə yetirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net