Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılıb.
"Operativ Media" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə Silahlı Qüvvələrinin (TSK) Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı prezident fərmanının qəbul edilməsi ilə bağlı qərarı “Resmi Gazete”də dərc olunub.
Qərarda bildirilib ki, Azərbaycanın bütün hüquqlarının, o cümlədən ərazi bütövlüyünün beynəlxalq hüquq normaları və qanuni suveren hüquqları əsasında müdafiəsi üçün güclü dəstək verən Türkiyə bundan sonra da Azərbaycanın beynəlxalq hüquq normalarının qorunub saxlanması və möhkəmlənməsinə mühüm töhfələr verəcək.
Qərarda TSK personalının çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Müştərək Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi bildirilib və Türkiyə Silahlı Qüvvələrinin Müştərək Mərkəzdəki vəzifələrini davam etdirməsinin Türkiyə tərəfinin tələbi olduğu qeyd edilib.
Bu səbəblərdən Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı səlahiyyət müddətinin noyabrın 17-dən etibarən 1 il uzadılmasının Baş Assambleyada qəbul edildiyi bildirilib.
Teqlər:
"T\u00fcrkiy\u0259 h\u0259rb\u00e7il\u0259ri daha 1 il Az\u0259rbaycanda qalacaq"