http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv edib

18 Noyabr 2023 , 14:52
Azərbaycan HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv edib

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb.

Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.

General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.

Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.

Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR
İcma: “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur

İcma: “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

Hikmət Hacıyev minatəmizləyən qadınlardan yazıb

Hikmət Hacıyev minatəmizləyən qadınlardan yazıb

XƏBƏR LENTİ
  • 10:28

    Hürriyət: Türkiyə Qəzzada daimi atəşkəsin əldə olunmasına inanmır
  • 10:20

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:20

    İcma: “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur
    İcma: “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur
  • 10:13

    Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb
  • 10:10

    Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib
  • 09:57

    Ötən gün axtarışda olan 128 nəfər saxlanılıb
  • 09:52

    Almatıda yanğında ölənlərdən 4-ü Rusiya və Özbəkistan vətəndaşlarıdır
  • 09:44

    Avtomobil elanları saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb
Menyu