http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

21 Noyabr 2023 , 15:21
Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Quru Qoşunlarının 2023-cü ilin hazırlıq planına əsasən noyabrın 21-də hərbi qulluqçular arasında atletika üzrə yarışlar start götürüb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yarışların açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər mütəmadi olaraq idman yarışlarının keçirilməsinin mahiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıblar. Yüksək fiziki göstəricilərin hərbi qulluqçuların döyüş hazırlığına müsbət təsir etdiyini qeyd ediblər.

Beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək yarışlarda birlik və birləşmələri 8 komanda təmsil edəcək. Plana əsasən komandalar müxtəlif məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, eləcə də estafet yarışlarında güclərini sınayacaqlar. Yarışlara Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik edəcəklər.
Açılış mərasimindən sonra komandalar 100 metr məsafəyə qaçışla mübarizəyə başlayıblar.

OXŞAR XƏBƏRLƏR
Hərbi qulluqçular arasında bilik yarışması keçirilib - VİDEO

Hərbi qulluqçular arasında bilik yarışması keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib - VİDEO

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu