“Doğu Akdeniz-2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
“Doğu Akdeniz-2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.
Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.
Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.
Azərbaycan HDQ Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.
Son xəbərlər
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq