http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Hərbi qulluqçular arasında bilik yarışması keçirilib - VİDEO

28 Noyabr 2023 , 16:37
Hərbi qulluqçular arasında bilik yarışması keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilik yarışması keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyəti, ordu quruculuğuna verdiyi töhfələr barədə geniş məlumat veriblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə olan ümumxalq sevgisinin təcəssümü, böyük ehtiramın göstəricisidir.

Plana uyğun olaraq üç turdan ibarət bilik yarışmasına Heydər Əliyev adına Hərbi İnstitutun və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından, eləcə də Bakı Qarnizonunun hərbi qulluqçularından ibarət doqquz komanda qatılıb.

Bilik yarışmasının keçirilməsində əsas məqsəd şəxsi heyətin intellektual səviyyəsinin inkişaf etdirilməsi, dünyagörüşünün artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi, həmçinin asudə vaxtının səmərəli təşkilidir.

Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada Hərbi Dəniz Qüvvələrinin matrosları 1-ci, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları 2-ci, “N” hərbi hissəsinin əsgərləri isə 3-cü yerə layiq görülüblər.

Sonda qalib komandalara mükafatlar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu