Menyu

Müdafiə naziri misirli həmkarı ilə görüşüb

Nərmin Qocamanlı
Müdafiə naziri misirli həmkarı ilə görüşüb
1 dəq oxu

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər