http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

07 Dekabr 2023 , 16:15
Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Voskanyan Qaqik Aşotoviç 18 il müddətinə azadlıqdan məhrum edilib.

***

10:42

Kəlbəcər istiqamətində tutulmuş erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Operativ Media" xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Hakim elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Hakim ona hüquqlarını izah edib.

Məhkəmə prosesi hazırda davam edir.

Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşotinin Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bu il parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər

Bu il parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər

XƏBƏR LENTİ
  • 06:45

    Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək
  • 06:41

    Yerdə güclü maqnit qasırğası başlayıb
  • 06:29

    AL: "Bayer" səfərdən qələbə ilə qayıdır
  • 05:47

    Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
Menyu