Menyu

Moskva–Bakı marşrutu üzrə kruiz gəmisi hərəkətə başlaya bilər

Operativ Media
Moskva–Bakı marşrutu üzrə kruiz gəmisi hərəkətə başlaya bilər
1 dəq oxu

Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.

Bildirilib ki, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. 

Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.

Hakimov qeyd edib ki, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.

Əlaqəli Xəbərlər