Menyu

Mirzoyan Livanlı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib

Operativ Media
Mirzoyan Livanlı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib
1 dəq oxu

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə Manama Dialoqu çərçivəsində Livan xarici işlər və əcnəbilər naziri Yusif Raci ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər Ermənistan və Livan arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər. Çoxtərəfli platformalarda məsələlər üzrə göstərilən səmərəli əməkdaşlıq və dəstək yüksək qiymətləndirilib.

Ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafına və süni intellekt sahəsində qarşılıqlı fəaliyyət imkanlarına toxunulub.

Nazirlər Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər