http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün mobil tətbiq hazırlanacaq

07 Dekabr 2023 , 11:41
Açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün mobil tətbiq hazırlanacaq

Dövlət Reklam Agentliyi açıq məkanda reklam sahəsində unikal layihə həyata keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov mediaya açıqlamasında bildirib. Agentlik tərəfindən ədv, rüsum və yayım haqlarının yığılmasının təmin edilməsində cari ilin noyabr ayında sentyabr və oktyabr ayları ilə müqayisədə daha yüksək nəticə əldə edildiyini deyən İdarə Heyətinin sədri A.İbadov bunun ilk növbədə ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıq və tövsiyələrin icrası, həmçinin ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi müvafiq sahədə də davamlı inkişafın təmin edilməsi sayəsində mümkün olduğunu ifadə edib.

Agentlik tərəfindən ölkənin açıq məkanda reklam tarixində bir çox yeni layihələrin, o cümlədən süni zəkanın tətbiq ediləcəyi, “Reklama İntellektual Nəzarət Sistemi”nin yaradılacağı, reklam yerləşdirilməsinə icazə alınmasının asanlaşdırılması məqsədilə mobil tətbiqin hazırlanacağını qeyd edən sədr açıq məkanda mövcud reklam qurğularının “Reklam Məlumat Mərkəzi”nin hazırlanaraq reklam yayıcılarının istifadəsinə veriləcəyi barədə də məlumat verib. O bildirib ki, reklam yayıcısı həmin sistemə daxil olmaqla onu maraqlandıran ərazidə bütün mövcud reklam daşıyıcıları haqda ətraflı məlumat almaq, istəyinə uyğun reklam daşıyıcısını seçmək və birbaşa həmin daşıyıcı üzərində reklam yerləşdirmək imkanı əldə edəcək. “Bu layihənin həyata keçirilməsi reklam yayıcısının işini asanlaşdırmaqla yanaşı, həm reklam daşıyıcılarının qeydiyyatı sahəsində şəffaflığı təmin edəcək, həm də açıq məkanda reklam sahəsində fəaliyyət göstərən sahibkarların işini daha da stimullaşdıracaq”, deyə A.İbadov bildirib.

İdarə Heyətinin sədri, həmçinin daha bir xüsusi əhəmiyyət kəsb edən layihə barədə danışıb. Bu, şəhərlərin, kəndlərin, hətta küçələrin zahiri görünüşünün öyrənilməsi və həmin ərazilərdə yerləşdiriləcək reklam daşıyıcılarının estetik cəhətdən uyğun dizaynının hazırlanması layihəsidir. A.İbadov qeyd edib ki, reklam daşıyıcısının yerləşdirilməsinə icazə verilərkən həmin daşıyıcının yerləşdiriləcəyi ərazinin zahiri görünüşünə uyğun hazırlanması tövsiyə ediləcək, zəruri eskizlər təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Yasamal rayonunda qaz kəsiləcək

Yasamal rayonunda qaz kəsiləcək

Küləkli hava sabahadək davam edəcək

Küləkli hava sabahadək davam edəcək

XƏBƏR LENTİ
  • 09:45

    AL: "Roma" "Bayer"ə, "Olimpik Marsel" "Atalanta"ya qarşı
  • 09:45

    Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb
  • 09:37

    Ermənistanda Azərbaycan sərhədinin çəkilməsinə etiraz edən 31 nəfər saxlanılıb
  • 09:35

    Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu
  • 09:31

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti tərəfindən qəbul edilib
  • 09:28

    ABŞ Dövlət Departamenti: "Gürcüstanın bəyanatları Aİ və NATO-ya üzv olmaq imkanını riskə atıb"
  • 09:25

    "Traktor" doğma meydanda xal itirdi
  • 09:15

    Yasamal rayonunda qaz kəsiləcək
Menyu