http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

07 Dekabr 2023 , 12:07
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 11 aprel 2023-cü il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 72 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün 29 noyabr - 06 dekabr 2023-cü il tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarına əsasən artırılaraq 52 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 52 namizəd 11 dekabr 2023-cü il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 3 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla, müxtəlif medallarla təltif edilmişdir.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin SİYAHISI

1.        Abdullayev Vəzir Əyyub oğlu
2.        Abdulrahmanlı Sevinc Əli qızı
3.        Ağalı Amil Əlabbas oğlu
4.        Atakişiyev Elvin Arif oğlu
5.        Babayev Fərid Fərrux oğlu
6.        Bayramlı Ləman Bünyad qızı
7.        Bayramlı Nurlana Bayram qızı
8.        Cabbarlı İlkanə Nizami qızı
9.        Cəfərova Lamiyə Elman qızı
10.        Əhmədov Fərahim Fikrət oğlu
11.        Əhmədov Firat Nemət oğlu
12.        Əhmədzadə Əhməd Elman oğlu
13.        Əkbərova Aytac Razim qızı
14.        Əsgərli Tuncay İdris oğlu
15.        Hacıbəyli Fərid Həsən oğlu
16.        Hacıyev Vüsal Sədi oğlu
17.        Həsənov Əlirza Sənan oğlu
18.        Həsənov Qərib Vaqif oğlu
19.        Həsənov Ramin Rizvan oğlu
20.        Həsənov Rəmzi Elçin oğlu
21.        Həsənli Şəbnəm Xaliq qızı
22.        Hüseynov Fərid Fazil oğlu
23.        Xəlilli Hüseyn Şahin oğlu
24.        İmanov Pərviz Fədai oğlu
25.        İsalı Aytac Vəli qızı
26.        İsgəndərov Murad Məmməd oğlu
27.        İsgəndərova Gülçin Rəşadət qızı
28.        İsmayılzadə Vaqif Xəyyam oğlu
29.        Kərimova Aida Aleksandrovna
30.        Qənbərov Cavid Mehman oğlu
31.        Qurbanlı Cahid Nazim oğlu
32.        Mahmudov Ağa Alqulu oğlu
33.        Mahmudov Anar Rəsul oğlu
34.        Mahmudov Mirkənan Mirkazım oğlu
35.        Məmmədli Murad Sadiq oğlu
36.        Məmmədov Orxan Elxan oğlu
37.        Mirzəyev İmran Mahiyəddin oğlu
38.        Misgərli Şahlar Faiq oğlu
39.        Murtuzayev Əli Firdovsi oğlu
40.        Mustafayev Elvin Ağalar oğlu
41.        Mustafayev Əşrəf Əli oğlu
42.        Mustafayev Kamil Haqverdi oğlu
43.        Mustafayev Vüqar İmdad oğlu
44.        Muxtarov Abdulla Ceyhun oğlu
45.        Nəzərli Aidə Şahin qızı
46.        Rəhimli Ədalət Əmrah oğlu
47.        Rəhimov Mirzalı Əbil oğlu
48.        Salamzadə Yaqub Namiq oğlu
49.        Seyidov Rüfət Mahir oğlu
50.        Səfixanov İlkin Qardaşxan oğlu
51.        Şahverdiyev Məftun Mübariz oğlu
52.        Şəmilov Rahman Qaibverdi oğlu

OXŞAR XƏBƏRLƏR
Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu