http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Zəlzələ zamanı həyət evi binadan daha təhlükəsizdir?

07 Dekabr 2023 , 12:56
Zəlzələ zamanı həyət evi binadan daha təhlükəsizdir?

"Həyət evləri bina evlərinə nisbətən zəlzələyə 70 % daha davamlıdır".

Bunu "Operativ Media"ya açıqlamasında tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

Muxtar Ərturanın sözlərinə görə, Bakıda tikilmiş bina evlərinin əksəriyyətinin istismar müddəti başa çatıb.

"Əksər binalarda tikinti zamanı istifadə olunan betondur, armaturdur və digər tikinti materialları var ki, istismar müddətini başa vurub. Artıq o materialların keyfiyyəti itib. Lakin bəzi binalar var ki, onların dözümlülüyündə problem yoxdur. Xüsusilə şəhərin mərkəzində olan 1-2 və 3 mərtəbəli tarixi binalar keyfiyyətli binalar sayılır. O binaların divarlarının qalınlığı 90 santimetr 1 metr arasıdır".

Muxtar Ərturan deyir ki, həyət evlərinin digər bir üstün cəhəti isə vətəndaşın özünün individual tikməsidir. Beləki, vətəndaş özü üçün tikdiyindən keyfiyyətinə də diqqət edir. 

"Həyət evləri bir ya iki mərtəbə olduğundan onların zəlzələ riski də azalır. Bina evləri ilə müqayisədə daha az təsir hiss edilir. Bakıda və Sumqayıtda nəzarət olunmayan vaxtlarda tikilən 20 mərtəbəli binalar var ki, onların riski daha çoxdur. Türkiyədə baş verən zəlzələdən sonra tikilən binalarda zəlzələ davamlılığına xüsusən diqqət edilir".

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq həyət evləri arasında da zəlzələ zamanı dağıntı riski çox olan evlər də az deyil. Xüsusilə maklerlər tərəfindən tikilən keyfiyyətsiz evlər var ki, onlara da mütləq nəzarət olunmalıdır.

"Şəhərsalma qanunlarına görə, həyət evlərində hündürlük norması aşılmır. Məhz bu səbəbdən də nəzarət eskiz layihəsi üzərindən götürülür. Amma o evlərin də tikintisinə nəzarət olmalıdır. Keyfiyyətsiz armatur, betonun düzgün verilməməsi hallarının da şahidiyik".

Muxtar Ərturanın sözlərinə görə, bəzi MTK sahibləri inşa etdikləri binaların hətta 10 bal zəlzələyə davamlı olduğunu deyirlər. Lakin realda belə deyil.

"Bu sadəcə marketinq gedişidir. Biz o binaları yoxlayan zaman görürük elə deyil. Yaxşı olardı ki, mənzil alanlar MTK-larla deyil, müstəqil ekspertlərlə keyfiyyəti yoxlasınlar".

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
  • Dünən
    22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • Dünən
    22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • Dünən
    22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • Dünən
    22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
Menyu