07 Dekabr 2023, 15:42
Türkiyəli nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Türkiyəli nümayəndə heyətinin ölkəmizə səfəri davam edir şəkil
Türkiyəli nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.
Ordu generalı İ.Özsert hərbi institutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.
Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.
Qonaqlar keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyəli nümayəndələrə institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.
Sonda birgə xatirə şəkli çəkdirilib.

Son xəbərlər
Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Putinlə danışıqlara hazır olduğunu bildirib
Azərbaycan PL: "Sabah" "Turan Tovuz"u məğlub etdi
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib